"Qarabağ"a qol vuran oyunçu "ən yaxşı" adına namizəd oldu

UEFA Avropa Liqasında həftənin "ən yaxşı futbolçusu" adına namizədlərin siyahısını təqdim edib. SportLine.az xəbər verir ki, "ən yaxşı" adına iddialılar içərisində "Qarabağ"ın qapısına iki dəfə yol tapan Bruno Fernandeşin ("Sportinq") də adı var. Onun onlayn səsvermədə rəqibləri Hakan Çalhanoğlu ("Milan"), Olivye Jiru ("Çelsi") və Jermen Lensdir ("Beşiktaş").

Səsvermədə iştirak etmək üçün linkə daxil olun: POTW