"Qarabağ"a təklif olunan futbolçu başqa klubumuzla anlaşıb

Cənubi Afrika Respublikasının (CAR) “Kayzer Çifs” klubunun futbolçusu Hendrik Eksteyn karyerasını Azərbaycanda davam etdirəcək.

Sportline.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Sabah”la razılıq əldə edib. CAR-lı oyunçu müqavilə bağlamaq üçün bu axşam Bakıya gələcək.

“Sabah” mövsüm başa çatandan sonra Cavid Tağıyev (“Sumqayıt”), Kevin Kubemba (“Səbail”), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov (hər ikisi “Neftçi”) və Bəhlul Mustafazadə (“Qəbələ”) ilə müqavilə bağlayıb. Hendrik Bakı klubunun yay fasiləsi dövründə ilk əcnəbi transferi olacaq.

Qeyd edək ki, Hendrik “Kayzer Çifs”də 2014-cü ildən çıxış edirdi. Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Səbail”ə də təklif olunan futbolçu ötən mövsüm 19 oyuna 1 qol vurub. (report.az)