"Qarabağ"a üç xalı kim qazandırıb?

Topaz Premyer Liqasının 17-ci turunun "Qarabağ” – "Kəpəz” matçında vurulan qolun müəllifi dəqiqləşdirilib.

 Sportline.az xəbər verir ki, bununla bağlı Peşəkar Futbol Liqasının rəsmi saytında aşağıdakı məzmunda məlumat yerləşdirilib:

"Topaz Premyer Liqasının XVII turunun "Qarabağ” – "Kəpəz” matçının protokolunda dəyişiklik edilib. Oyunun baş hakimi Orxan Məmmədovun raportuna əsasən qol Riçard Almeydanın deyil, Mahir Mədətovun adına yazılıb”. 

Hazırda Mahir Mədətovun aktivində 8 qol var və o çempionatın ən yaxşı qolçusu Baqali Dabodan sonra ikincidir. Dabonun qollarının sayı 11-dir.