"Qarabağ"da ciddi itki var

Azərbaycan Premyer Liqasının "Neftçi" - "Qarabağ" görüşünün 90+5-ci dəqiqəsində zədələnən Mahir Emreli, uzun müddətə sıradan çıxıb.

Sportline.az xəbər verir ki, onun 4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. 

Mahir, bu səbəbdən Avropa Liqasında APOEL və "Sevilya" ilə səfər oyunlarını buraxmaq məcburiyyətində qalacaq.