"Qarabağ"da ciddi itkilər

"Qarabağ" "Dandolk"la oyuna ciddi itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, Miçel və Filip Ozobiç Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşünü buraxacaq.

Miçelin dizindən zədələndiyi, Ozobiçin isə əzələsini dartdığı bildirilir. Xorvat yarımmüdafiəçi  üç gün əvvəl, ispan yarımmüdafiəçi isə dünən zədələnib. Komandanın digər legioneri Dani Kintananın da zədəsi var. ÇL-in 1-ci təsnifat mərhələsində "Partizani" ilə cavab görüşünün ertəsi günü sıradan çıxan Kintananın isə bugünkü matçda iştirakı isə sual altındadır.

Qeyd edək ki, "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov da zədə üzündən İrlandiya klubu ilə görüşdə oynamayacaq.

Xatırladaq ki, "Dundalk" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.