"Qarabağ"da daha bir il keçirəcəyimə görə xoşbəxtəm" - Ansi Aqolli
"Müqaviləmi yeniləmək cəmi 2 saniyə vaxt apardı. İkinci evim olan "Qarabağ"da daha bir il keçirəcəyimə görə xoşbəxtəm". SportLine.az xəbər verir ki, bu sözləri Albaniya millisinin və "Qarabağ"ın futbolçusu Ansi Aqolli "Instagram" hesabında yazıb.
Ağdam təmsilçisi ilə imzaladığı yeni müqavilədən danışan müdafiəçi fikirlərini bu cür ifadə edib: "Yenə eyni performansı təkrarlamağa çalışacağam. Keçənilki uğurlarımızı təkrarlamaq və daha uğurlu bir mövsüm keçirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Daim "Qarabag"!
Qeyd edək ki, 2010-cu ilin iyulundan "Qarabağ"da çıxış edən Ansi Aqolli ötən gün klubla müqaviləsini 2019-cu ilin iyununadək uzadıb.