"Qarabağ"da daha bir yeni futbolçu
Ölkə çempionu "Qarabağ" yay fasiləsində üçüncü transferini reallaşdırıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Rerras Faysalı heyətinə qatıb. Mərakeşli müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu sonuncu dəfə Fransanın "Bezye" klubunda çıxış edib.
Xatırladaq ki, "Qarabağ"a yay fasiləsində ispaniyalı yarımmüdafiəçi Xayme Romero və braziliyalı müdafiəçi Ailton Silvanı heyətinə cəlb edib.