"Qarabağ"da daha iki ciddi itki

UEFA Çempionar Liqasında mübarizəni dayandıran “Qarabağ”,  Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın “Linfild” komandası ilə ilk oyuna ciddi itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, cəzalı duruma düşən Riçard Almeyda və Rahil Məmmədov bu matçı buraxacaq.

Xatırladaq ki, ölkə çempionumuzun digər müdafiəçisi Bədavi Hüseynov və yarımmüdafiəçi Filip Ozobiç zədədən əziyyət çəkir.

Xatırladaq ki, “Qarabağ”ın "Linfild"lə ilk oyunu avqustun 22-də səfərdə, cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.