"Qarabağ"da itki - Kintana əməliyyat olunur
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin BATE ilə ilk oyunundan öncə keçirilən məşqdə zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintananın son durumuna aydınlıq gəlib.
SpotLine.az Qol.az saytına istinadən xəbər verir ki, dizindən xəsarət alan ispaniyalı futbolçu əməliyyat olunacaq. Əməliyyatın ölkə xaricində olacağı gözlənilir. Kintananın təxminən 1,5 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Qeyd edək ki, Kintana Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Olimpiya” ilə cavab oyununda da zədələnmişdi. O, ÇL-in 2-ci təsnifat mərhələsinin “Kukesi” ilə ilk oyununu da buraxmışdı.