"Qarabağ"da itki - "Sportinq"lə oyunu buraxacaq

“Qarabağ”ın futbolçusu İnnosent Emeqara zədələnib.

SportLine.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qol.az saytına yer alan xəbərdə bildirilir ki, o, ötən gün “Sabah”la Topaz Premyer Liqası matçından (1:1) öncə isinmə hərəkətləri zamanı sıradan çıxıb. Menisk yırtığı olan İ.Emeqara zədə səbəbindən Avropa Liqasının 5-ci turunda "Sportinq"lə oyunu buraxacaq. 29 yaşlı hücumçunun nə zaman yaşıl meydanlara qayıdacağı məlum deyil.

Qeyd edək ki, "Qarabağ" - "Sportinq" görüşü noyabrın 29-u saat 21:55-də başlayacaq.