"Qarabağ"da yeni məşqçi
Aydın Rüstəmov "Qarabağ"da işə başlayıb. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin sabiq tərcüməçisi Qurban Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.
UEFA-nın "A" kateqoriyasına malik mütəxəssis Antalyadakı təlim-məşq toplanışından etibarən Ağdam klubuna qoşulub.
Qeyd edək ki, Aydın Rüstəmov Berti Foqts və Robert Prosineçkinin baş məşqçi olduğu vaxt Azərbaycan millisinin tərcüməçisi, Qurban Qurbanovun millidə çalışdığı vaxt isə təşkilati işlərdə çalışıb.