"Qarabağ"dan Ansi Aqolliyə jest

Azərbaycan Premyer Liqasında ardıcıl 6-cı çempionluğu rəsmiləşdirən "Qarabağ"ın mükafatlandırma mərasimində maraqlı anlar yaşanıb. 

Sportline.az xəbər verir ki, mərasimdə, hazırda ABŞ-da çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli, baş məşqçi Qurban Qurbanovun istəyi ilə kapitan Rəşad Sadıqovla birgə kuboka yaxınlaşıb. ABŞ-dan mərasimə qatılmaq üçün gələn albaniyalı müdafiəçi kuboku ilk olaraq, başı üzərinə qaldırıb.