"Qarabağ"dan azarkeşlərə jest

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Dundalk" oyununun keçiriləcəyi "Dalğa Arena"ya azarkeşlərin rahat gedib-qayıtması üçün avtobus ayrılacaq.

Sportline.az xəbər verir ki, bu barədə Ağdam klubunun saytı məlumat yayıb. 

"Azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün klubumuz tərəfindən xüsusi avtobuslar ayrılıb. Belə ki, sabah 18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Qarşılaşmadan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaq" deyə məlumatda bildirilir. 

Qeyd edək ki, qarşılaşma sabah saat 21:00-da başlanacaq.