"Qarabağ"dan biletlə bağlı açıqlama

UEFA Çempionlar Liqasının 3-ci təsnifat mərhələsinin "Qarabağ" - APOEL oyununa bilet satışı davam edir.

Sportline.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, artıq 8 mindən çox bilet alınıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.


Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Xatırladaq ki, "Qarabağ" Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib. Avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 20:30-da başlanacaq.