"Qarabağ"dan Gerye ilə bağlı açıqlama
"Qarabağ" klubu, İngiltərə "Lester"inin Donald Geryeni transfer etmək istəməsi ilə bağlı xəbərə rəsmi münasibət bildirib.
Sportline.az xəbər verir ki, klubun direktoru Əmrah Çəlikəl Qol.az-a açıqlamasında, haitili oyunçuya görə heç bir klubdan rəsmi təklif almadıqlarını bildirib.
Qeyd edək ki, Geryenin İngiltərədə oynaya biləcəyinə dair xəbərləri Haiti mətbuatı yayıb.