"Qarabağ"dan heç-heçə

"Qarabağ" Avstriyada təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, Ağdam klubu "Səbail"in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Krayova" (Rumıniya) ilə qarşılaşıb. Oyunda qol vurulmayıb.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.

25 iyun

Yoxlama oyunu

20:00. "Qarabağ" - "Krayova" - 0:0