"Qarabağ"dan heç-heçə

"Qarabağ" bu gün Avstriyada təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Ağdam klubu Çexiya "Viktoriya"sı ilə qarşılaşıb. Qurban Qurbanovun komandası görüşdə 2:0 önə çıxsa da, üstünlüyünü qoruya bilməyib. Oyun 2:2 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub, Rumıniya "Krayova"su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib gəlib.

2 iyul

Yoxlama oyunu

19:00. "Qarabağ" - "Viktoriya" (Çexiya) - 2:2 
Qol: Mahir Emreli, 42, 52