"Qarabağ"dan "Mançester Siti"yə örnək

Ötən gecə ÇL-in 1/4 final mərhələsində "Tottenhem" - "Mançester Siti" görüşündə Serxio Aqüero penalti fürsətini qaçırıb.

Sportline.az xəbər verir ki, "Qarabağ" bununla bağlı maraqlı addım atıb.

Belə ki, klub "facebook" səhifəsində, "Qarabağ"ın "Tottenhem"lə 2015-ci ildəki səfər matçının 7-ci dəqiqəsində Riçard Almeydanın penaltidən fərqləndiyi anın şəklini paylaşmaqla "Mançester Siti"yə "sataşıb".