"Qarabağ"dan növbəti reytinq xalları

Avropa Liqasının qrup mərhələsinin II turunun oyunlardan sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Sportline.az xəbər verir ki, "Qarabağ"ın Lüksemburqda "Düdelanj"a qalib gəlməsi Azərbaycanın xal ehtiyatını artırıb. Ölkə çempionunun 4:1 hesablı qələbəsi aktivimizə 0,500 xal qazandırıb. Bu da Azərbaycanın cari mövsümdəki əmsalını 2,875-ə yüksəldib.  Ölkəmiz  17.750 xalla 26-cı pillədə qalıb. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,250 xal olub.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstanın 18.750 xalı var.