"Sportinq"in futbolçusu rəsmən "Qarabağ"da
"Qarabağ" növbəti transferini reallaşdırıb.
SportLine.az xəbər verir ki, Ağdam klubu "Sportinq"in yarımmüdafiəçisi Simeon Slavçevi heyətinə qatıb. Bu barədə "Qarabağ"ın rəsmi "Facebook" səhifəsi məlumat yayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.
Bolqarıstan millisinin üzvü 2014-cü ildə "Liteks"dən "Sportinq"ə transfer olunub. 24 yaşlı futbolçu Lissabon təmsilçisinin B komandasında çıxış edib və əsas heyətdə debüt etməyib. O, İngiltərənin "Bolton", Kiprin "Apollon" və Polşanın "Lexiya" klublarında icarə əsasında çıxış edib.