"Qarabağ"dan "Roma" - "Barselona" görüşünə münasibət
"Qarabağ" Futbol Klubunun rəsmi "Instagram" hesabı Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Roma" - "Barselona" görüşünə münasibət bildirib.
SportLine.az xəbər verir ki, "canavarlar"ı qələbə münasibəti ilə təbrik edən Ağdam klubu, "Bizim üzərimizdə qazanılan qələbə "Barselona" üzərində qələbədən daha çətin idi. Təbriklər, əziz dostumuz "Roma", - paylaşımını edib.
Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində "Stadio Olimpiko"da "Qarabağ"ın "Roma"ya qarşı keçirdiyi görüş 0:1 hesablı məğlubiyyətlə yekunlaşmışdı.
