"Qarabağ"ı ilk tərk edən futbolçu müəyyənləşdi

"Qarabağ"da ayrılıq reallaşıb.

Sportline.az xəbər verir ki, Simeon Slavçev Ağdam təmsilçisindən ayrılıb. Klub saytının məlumatına görə, bolqarıstanlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

26 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayında Lissabonun "Sportinq" klubundan "Qarabağ"a keçmişdi.