"Qarabağ"ın 12 futbolçusu 6 ölkənin millisinə dəvət alıb

"Qarabağ"ın 12 futbolçusu milli komandalara dəvət alıb. 

SportLine.az xəbər verir ki, bu futbolçulardan 6-ı Azərbaycan millisinin düşərgəsindədir. Bunlar Şahrudin Məhəmmədəliyev, mərkəz müdafiəçiləri Bədavi Hüseynov və Rahil Məmmədov, sağ cinah müdafiəçisi Maksim Medvedev, dayaq yarımmüdafiəçiləri Qara Qarayev və Coşqun Diniyev, eləcə də hücumçu Mahir Mədətovdur.

Bundan əlavə, Hannes Halldorsson İslandiya, Ansi Aqolli Albaniya, Simeon Slavçev Bolqarıstan, Donald Gerrye Haiti, Con Delarj Konqo seçməsinin heyətində beynəlxalq oyunlarda çıxış edəcək.