"Qarabağ"ın 5 futbolçusu rəmzi komandada

Topaz Premyer Liqasında 2-ci turun rəmzi komandası açıqlanıb. 

SportLine.az xəbər verir ki, “InStat Sport”un təhlili nəticəsində “11-lik”də yer alan 11 futbolçudan 5-i “Qarabağ”ı təmsil edir.

“Sumqayıt”dan bu heyətə 3 oyunçu düşübsə, "Sabah"la "Keşlə" hərəyə 1 futbolçu ilə təmsil olunur.

Rəmzi komandaya "Neftçi", "Zirə", "Qəbələ" və "Səbail"dən heç bir oyunçu düşməyib.