"Qarabağ"ın Antalya toplanışı davam edir

“Qarabağ”ın Türkiyə toplanışı davam edir. SportLine.az xəbər verir ki, Antalyada hazırlıq keçən Ağdam təmsilçisi 3-cü günü iki məşqlə başa vurub.

Həkim testindən də keçən futbolçular çempionatın ikinci dövrəsi üçün hazırlıqları davam etdiriblər.

Qeyd edək ki, yanvarın 27-dək Antalyada hazırlıq keçəcək "Qarabağ" bu müddətdə 5 yoxlama görüşündə qüvvəsini sınayacaq. Rəqiblər “Botoşani” (Rumıniya - 12 yanvar), “Paxtakor” (Özbəkistan - 16 yanvar), “Bohemians” (Çexiya - 19 yanvar), “Pyast” (Polşa - 23 yanvar) və Donetsk “Şaxtyor”u (Ukrayna - 26 yanvar) olacaq.