"Qarabağ"ın Antalya toplanışı davam edir

"Qarabağ"ın Antalya toplanışı davam edir.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda günü tək məşqlə başa vurub. Axşam saatlarında olan çalışmada futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Daha sonra qapıya zərbələri yerinə yetirən komanda ikitərəfli oyunla məşqi yekunlaşdırıb.

Zədəli futbolçular - Reynaldo Silva və Hacıağa Hacılı fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.