"Qarabağ"ın APOEL planı

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə görüşəcək “Qarabağ” noyabrın 5-də Kiprə yollanacaq.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi saat 20:20-də çarter reysi ilə Bakıdan Larnaka şəhərinə yola düşəcək.

Təyyarənin uçuşdan 3 saat sonra Kiprə eniş etməsi gözlənilir.


Noyabrın 6-sı Qurban Qurbanovun mətbuat konfransı və komandanın oyunun keçiriləcəyi GSP stadionunda məşqi nəzərdə tutulub.
 
Noyabrın 7-si Nikosiya şəhərində keçiriləcək APOEL - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.

Komanda oyundan dərhal sonra Bakıya qayıdacaq.