"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri

"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL səddini keçə bilməsə, yoluna Avropa Liqasının pley-off mərhələsində davam edəcək.

Sportline.az xəbər verir ki, artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibləri də müəyyənləşib.

Qurban Qurbanovun komandası Kipr klubuna məğlub olsa, Avroliqanın pley-off mərhələsində "Sutyeska" (Çernoqoriya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" Avroliqaya düşsə, ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.