"Qarabağ"ın Avropa Liqasından qazancı

Avropa Liqasının qrup mərhələsinin VI turu “Qarabağ”ın büdcəsini daha da zənginləşdirib. 

Sportline.az əbər verir ki Bakıda keçirilən oyunda “Düdelanj”la 1:1 edən Ağdam klubu 190 min avro qazanıb.

Qrup mərhələsini 1 qələbə və 2 heç-heçə ilə başa vuran “Qarabağ” 950 min qazanc götürüb. Bu mərhələyə vəsiqə qazanmaqla komanda 2 milyon 920 min avro qabağa düşüb. Bu isə o deməkdir ki, qrup mərhələsində iştirakdan başlayaraq komanda 3 milyon 870 min avro əldə edib.

Qrup mərhələsinin oyunlarında qalib gələn komanda 570, heç-heçə edənlər 190 min avro qazanıb.