"Qarabağ"ın Avstriyada ikinci sınağı

"Qarabağ" bu gün Avstriyada təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.

Sportline.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "Krayova"ya (Rumıniya) qarşı görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın “Ufa”, iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.