"Qarabağ"ın Avstriyada ilk sınağı

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama matçına çıxacaq.

Sportline.az xəbər verir ki, ölkə çempionu “Ludoqorets”lə qarşılaşacaq. Bolqarıstan çempionu ilə oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” Avstriyada ümumilikdə 4 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun komandası “Ludoqorets”dən başqa, Rumıniyanın “Krayova” (25 iyun), Rusiyanın “Ufa” (28 iyun), Çexiyanın “Viktoriya” (2 iyul) klubları ilə də qarşılaşacaq.
 
22 iyun

Yoxlama oyunu

20:00. "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan)