"Qarabağ"ın bütün potensial rəqibləri məlumdur

UEFA Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq bütün klubların adı və püşkatmaya qatılacağı səbəti məlumdur. 

Sportline.az xəbər verir ki, bu, həm də startı bu raunddan verəcək 31 komanda arasında olan Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqiblərinin dəqiqləşməsi deməkdir.

Ağdam klubunun I təsnifat mərhələsindən başlayacaq bütün mümkün rəqibləri bəllidir. Səpələnmişlər sırasında yer alan təmsilçimiz səpələnməmişlər səbətindən bir komanda ilə qarşılaşacaq ki, orda da yalnız ilkin mərhələdən gələcək kollektiv müəyyənləşməyib.

Qaydalara görə, I təsnifat mərhələsinin səpələnməmişlər səbətində yer alan Ermənistan çempionu “Pünik” siyasi səbəblərə görə “Qarabağ”a rəqib ola bilməz, qalan 14 komanda isə potensial rəqibdir:

Çempionlar Liqası

I təsnifat mərhələsi
 
Səpələnmişlər:
 “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “ludoqorets” (Bolqarıstan), “Qarabağ” (Azərbaycan), “Maribor” (Sloveniya), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dandalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya), AIK (İsveç)
 
Səpələnməmişlər:
 “Suduva” (Litva), “Sarayevo” (Bosniya və Herseqovina), “Valletta” (Malta), “Pyast” (Polşa), “Pünik” (Ermənistan), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torsxavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan), ilkin mərhələnin qalibi
 
İlkin mərhələ

 
Səpələnmişlər
: “Linkoln” (Cəbəllütariq), “Santa Koloma” (Andorra)

Səpələnməmişlər: “Feronikeli” (Kosovo), San-Marino çempionu

Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.