"Qarabağ" Çempionlar Liqasında bu komanda ilə qarşılaşacaq

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ilk görüşünü Sloveniyanın "Olimpiya" komandasına qarşı keçirəcək.

Bu komandalar arasında birinci oyun iyulun 10-11-də Sloveniyada, cavab matçı isə bir həftə sonra Bakıda olacaq.


Bu gün UEFA Çempionlar Liqasında 1-ci və 2-ci təsnifat mərhələsinin püşkü atılacaq. SportLine.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Püşkatmada Azərbaycan çempionu "Qarabağ" da rəqibini tanıyacaq. "Səpələnmişlər" səbətində yer alan "köhlən atlar"ın potensial rəqibləri məlumdur:

“Şkendiya” (Makedoniya)
“Düdelanj” (Lüksemburq)
“Olimpiya” (Sloveniya)
“Süduva” (Litva)
“Torpedo” (Kutaisi, Gürcüstan)

I təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.