"Qarabağ"ın çexiyalı qapıçıya təklifi təsdiqləndi

Şotlandiyanın "Sent-Mirren" klubunun icraçı direktoru Toni Fitzpatrik qapıçıları Vatslav Qladki üçün "Qarabağ"dan təklif aldıqlarını təsdiqləyib.

Sportline.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə o, STV News"a açıqlamasında deyib. F.Fitspatrik Ağdam klubununun təklifinin  qəbul etmədiklərini söyləyib. Klub rəsmisi çexiyalı qolkiperi komandada saxlamaq istədiklərini söyləyib: " Qladkiyə maraq böyükdür. O, yaxşı qapıçıdır. Onu izləyən çoxlu klub var.  "Qarabağ"dan aldığımız təklifi  qəbul etmədik. Çünki onu komandada saxlamaq istəyirik. Qladki ilə yeni müqavilə imzalamağı düşünürük. O, bura gəldiyi ilk gündən keyfiyyətli qapıçı olduğunu göstərdi. Ümid edirik ki, onu yeni mövsümdə də komandada saxlaya biləcəyik. O, pulla idarə olunmur".

Qeyd edək ki, "Qarabağ"ın bu transfer üçün ilk olaraq 200 min funt-sterlinq təklif etdiyi iddia olunub. Ağdam klubunun 28 yaşlı oyunçu üçün yeni müqaviləyə hazırlaşdığı bildirilib.