"Qarabağ"ın ÇL-dəki rəqibi kim olacaq?

Sabah Çempionlar Liqasında yeni mövsümün ikinci püşkatma mərasimi keçiriləcək.

Sportline.az xəbər verir ki, I və II təsnifat mərhələsindəki cütlüklər müəyyənləşəcək.

İlkin mərhələnin püşkü iyunun 11-də atılıb və 4 komandanın iyunun 25-də və 28-dəki mübarizəsindən sonra yoluna davam edəcək 1 klub bəlli olacaq.

İlkin mərhələnin 1 xoşbəxti ilə birlikdə sabahkı püşkatmada 32 komanda 16 cütlük təşkil edəcək. Ölkəmizi növbəti dəfə Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" yarışa I raunddan qoşulacaq. Səpələnmişlərin sırasında qərarlaşacaq Ağdam təmsilçisi zəiflər arasında "Pünik" istisna olmaqla, 15 komandadan birinə rəqib olacaq.

"Qarabağ" sabah həmçinin II təsnifat mərhələsindəki potensial rəqibini də tanıyacaq. Azərbaycan çempionu həmin mərhələdə də səpələnmişlərdə olacaq və Təl-Əviv "Makkabi"si ilə yanaşı, I raundun 9 qalibindən birinə potensial rəqib olacaq.

 

ÇEMPİONLAR LİQASI

İlkin mərhələ, yarımfinal

“Feronikeli” (Kosovo) - “Linkoln” (Cəbəllütariq)

"Tre Penne" (San-Marino) - “Santa Koloma” (Andorra)

 

I təsnifat mərhələsi

Səpələnmişlər: "Seltik" (Şotlandiya), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Ludoqorets" (Bolqarıstan), "Qarabağ" (Azərbaycan), "Maribor" (Sloveniya), "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels), "Slovan" (Slovakiya), AIK (İsveç)

Səpələnməmişlər: "Suduva" (Litva), "Valletta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Pyast" (Polşa), "Pünik" (Ermənistan), "ÇFR Kluj" (Rumıniya), "Ferensvaroş" (Macarstan), "Nomme Kalyu" (Estoniya), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), "Saburtalo" (Gürcüstan), ilkin mərhələnin qalibi

 

II təsnifat mərhələsi (çempionlar)

Səpələnmişlər: "Kopenhagen" (Danimarka), "Dinamo" (Xorvatiya), APOEL (Kipr), I təsnifat mərhələsinin 7 qalibi

Səpələnməmişlər: "Makkabi" (Təl-Əviv, İsrail), I təsnifat mərhələsinin 9 qalibi

 

II təsnifat mərhələsi (qeyri-çempionlar)

Səpələnmişlər: "Bazel" (İsveçrə), "Olimpiakos" (Yunanıstan)

Səpələnməmişlər: PSV (Hollandiya), "Viktoriya" (Çexiya)

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bundan bir həftə sonra keçiriləcək. 23-24 iyul və 30-31 iyul tarixlərində isə II raundun görüşləri olacaq.