"Qarabağ"ın ÇL-dəki rəqibi müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, İveçrənin Nyon şəhərində keçirilən mərasimdə, Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bilinib. Reytinqinə görə səpələnmişlər sırasında yer alan komandamız, ilk raundda Albaniyanın "Partizani" klubu qarşılaşacaq. İlk oyun səfərdə olacaq.

Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi

"Nomme Kalyu" (Estoniya) - "Şkendiya" (Makedoniya)

"Suduva" (Litva) - "Srvena Zvezda" (Serbiya)

"Ararat" (Ermənistan) - AIK (İsveç)

"Astana" (Qazaxıstan) - "ÇFR Kluj" (Rumıniya)

"Lüdoqorets" (Bolqarıstan) - "Ferensvaroş" (Macarstan)

"Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan)

"Slovan" (Slovakiya) - "Sutyeska" (Monteneqro)

"Seltik" (Şotlandiya) - "Sarayevo" (Bosniya və Herseqovina)

"Şerif" (Moldova) - "Saburtalo" (Gürcüstan)

"Düdelanj" (Lüksemburq) - "Valletta" (Malta)

"Linfild" (Şimali İrlandiya) - "Rusenborq" (Norveç)

"Valyur" (İslandiya) - "Maribor" (Sloveniya)

"Dundalk" (İrlandiya) - "Riqa" (Latviya)

TNS (Uels) - ilkin mərhələnin qalibi

HİK (Finlandiya) - "HB Torshavn" (Farer adaları)

BATE (Belarus) - "Pyast" (Polşa)