"Qarabağ"ın daha bir futbolçusu milliləşdirilə bilər

"Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Miçel milli komandamızda çıxış edə bilər.

Sportline.az xəbər verir ki, bu barədə İspaniyanın "La Nueva Espana" nəşri məlumat yayıb. AFFA-nın bununla bağlı Miçelə təklif göndərdiyi bildirilir.  

Qeyd edək ki, gələn il 34 yaşlı futbolçunun Azərbaycanda oynamasının 5 ili tamam olacaq. FİFAnın qaydalarına görə, 5 il ölkəmizdə çıxış edən legioner, vətəndaşlıq hüququ ala və milli komandada oynaya bilər.

Xatırladaq ki, Miçelin "Qarabağ"dakı braziliyalı komanda yoldaşı Riçard Almeyda da iki il əvvəl milliyə cəlb olunub.