"Qarabağ"ın daha bir futbolçusu üçün yubiley

Bədavi Hüseynov “Qarabağ” komandasının heyətində 150-ci çempionat matçını keçirib. 

Sportline.az PFl-in saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi “Zirə” ilə görüşə (3:0) start heyətində çıxmaqla buna nail olub. 2012-ci ildən Ağdam klubunda olan Hüseynov 7 mövsümdə keçirdiyi 150 qarşılaşmada 2 qol vurub.

Qeyd edək ki, 2012-ci ilədək “Sumqayıt”da çıxış edən müdafiəçi çempionatda ümumilikdə 176 oyun keçirib və 2 qol vurub.