"Qarabağ" Türkiyədə bu rəqiblərlə qarşılaşacaq

"Qarabağ"ın,Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının siyahısı açıqlanıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırlıq prosesinə yanvarın 6-da Antalyada start verəcək. 21 günlük toplanış müddətində 5 oyun nəzərdə tutulub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv yanvarın 12-də Rumıniyanın "Botoşani”, yanvarın 16-da Özbəkistanın "Paxtakor”, yanvarın 19-da Çexiyanın "Bohemians”, yanvarın 23-də Polşanın "Piast” və yanvarın 26-da Ukraynanın "Şaxtyor” (Donetsk) klubları ilə qarşılaşacaq. 

Yanvarın 27-də Bakıya dönəcək "Qarabağ" fevralın 3-də "Neftçi” ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XV tur matçına hazırlığa başlayacaq.