"Qarabağ"ın daha bir sabiq futbolçusu "Astana"da
"Qarabağ"ın sabi futbolçusu Pedro Enrike də karyerasını Qazaxıstanda davam etdirəcək.
Sportline.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi icarə əsasında "Astana"nın şərəfini qoruyacaq.
Ötən mövsümü "Qarabağ"da keçirən Enrike, "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında oynamağa razılıq verib.
Qeyd edək ki, "Qarabağ"ın daha bir sabiq futbolçusu Almeyda da "Astana" ilə anlaşıb.