"Qarabağ"ın elçi düşdüyü ispaniyalı

"Qarabağ”ın danışıq apardığı ispan hücumçunun ölkəmizə təşrif buyuracağı tam dəqiqləşməsə də, bu, mümkündü. Klub prezidenti Abdulbari Gözəlin son müsahibəsində müjdəsini verdiyi forvardla ilkin razılıq əldə olunsa da, hər an vəziyyət dəyişə bilər.

İspaniya Sequndasında oynayan "Kordoba”nın cinah hücumçusu Xayme Romero Rodriges ağdamlılarla danışıqların ilk mərhələsində gəlməklə bağlı razılığını bildirib. Hazırda müqavilənin detalları razılaşdırılır. Oyunçunun maddi tələbləri artmasa, o, həmyerliləri Miçel Madeyra və Dani Kintana ilə birlikdə çıxış edə biləcək.

29 yaşlı futbolçu vaxtilə İspaniyanın U-19 yığmasına cəlb olunub. Amma burada karyerası cəmi 6 dəqiqədən ibarət olub. Karyerasına "Albasete”də başlayan solaxay oyunçu həmçiin "Saraqosa”, "Real”ın B komandası, İtaliyanın "Bari” və "Udineze” kimi klublarının şərəfini qoruyub. "Deportivo Luqo”da icarədə oynayan Xayme son çempionatda "Kordoba”nın heyətində 22 matça çıxıb və 8 qol vurub.