"Qarabağ"ın futbolçuları Avroliqanın rəmzi komandasında

Avropa Liqasının qrup mərhələsində, III turun rəmzi komandası açıqlanıb.

Sportline.az xəbər verir ki, ən yaxşı oyunçular arasında “Qarabağ”ın iki futbolçusu da yer alıb. Söhbət ispaniyalı yarımmüdafiəçisi Dani Kintana və braziliyalı müdafiəçi Ailton Silvadan gedir. Hər iki futbolçu ötən gecə Bakıda APOEL-lə keçirilən görüşdə (2:2) qol vurub.

Xatırladaq ki, Kintana Avroliqanın 2-ci turunda da rəzmi 11-likdə yer almışdı.