"Qarabağ"ın futbolçusu ən yaxşı seçildi

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının XXV  turunun ən yaxşı futbolçusu məlum olub.

Sportline.az xəbər verir ki, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdir.

O, “Keşlə”yə qarşı görüşdə 75 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb. Araşdırmalara əsasən Abdullah Zubir turun ən yaxşı indeksə malik futbolçusudur.

Qeyd edək ki, "Qarabağ" "Keşlə"yə 3:0 hesabı ilə qalib gəlib.