"Qarabağ"ın futbolçusu ilin futbolçusu seçildi
İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2018” layihəsi üzrə mükafatçıları müəyyənləşib.
Sportline.az xəbər verir ki, ilin ən yaxşı əcnəbi futbolçusu adına "Qarabağ"ın legioneri Donald Gerye layiq görülüb. Haitili oyunçu bu gün Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə mükafatlandırılıb.
Qeyd edək ki, Gerye 2017-ci ilin yayından "Qarabağ"da çıxış edir.