"Qarabağ"ın futbolçusu İspaniyaya yollanır

"Qarabağ"ın, Azərbaycan Premyer Liqasının 5-ci turunun "Zirə" ilə oyununda zədələnən futbolçusu Xayme Romero bu gün tibbi müayinədən keçib.

Sportline.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, ispan yarımmüdafiəçinin çiyin bağlarından biri qırılıb, digəri isə zədələnib. Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə o deməkdir ki, 29 yaşlı oyunçu ölkə çempionatında "Sumqayıt" (27 sentyabr) və Avroliqanın qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la (3 oktyabr) görüşləri dəqiq buraxacaq.

Futbolçu bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq.