"Qarabağ"ın futbolçusu klubu tərk edir -RƏSMİ

“Qarabağ” futbolçusu Ansi Aqollinin karyerasını ABŞ-da “Nyu-York Kosmos" klubunda davam etdirəcəyi dəqiqləşib.

Sportline.az xəbər verir ki, Ağdam klubunun direktoru Əmrah Çelikel Qol.az saytına açıqlamasında albaniyalı futbolçu ilə yolları ayıracaqlarını deyib.

Qeyd edək ki, “Nyu-York Kosmos" Şimali Amerika Futbol Liqasında (səviyyəsinə görə ikinci liqa) çıxış edir. Futbolçu karyerasının son illərində əfsanəvi Pele də bu komandada oynayıb. Hazırda isə o, klubun fəxri prezidentidir.

36 yaşlı Ansi Aqollinin futbolçu karyerasını başa vurduqdan sonra “Nyu-York Kosmos"un uşaq futbol akedemiyasında işləyəcəyi də bildirilir.

Əlavə edək ki, A.Aqolli  2011-ci ildən indiyədək "Qarabağ"da oynayır.