"Qarabağ"ın futbolçusu mükafatlandırıldı
"Qarabağ"ın futbolçusu Donald Gerye mükafata layiq görülüb.
Sportline.az xəbər verir ki, yarımmüdafiəçiyə Haitini ölkə xaricində layiqli təmsil etdiyi üçün Gənclər, İdman və Vətəndaş Hərəkatı Nazirliyinin təsis etdiyi xüsusi mükafat verilib.
Qeyd edək ki, 2017-ci ilin yayından "Qarabağ"da çıxış edən Gerye ötən ilin ən yaxşı əcnəbi futbolçusu seçilib.
