"Qarabağ"ın futbolçusu oynadı, komandası qalib gəldi

"Qarabağ"ın futbolçusu Donald Geryenin şərəfini qoruduğu Haiti millisi KONKAKAF "Gold cup 2019" turnirində ikinci oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda B qrupunda Nikaraqua ilə qarşılaşıb. 

Görüş Haitinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan 81-ci dəqiqədə əvəzlənib. O, 66-cı dəqiqədə sarı vərəqə ilə “fərqlənib”.

Qeyd edək ki, ilk görüşdə Bermudaya qalib gələn Haiti millisi turnir cədvəlində  6 xalla Kosta-Rika ilə  birlikdə ilk iki yeri bölüşür.