"Qarabağ"ın futbolçusu "Sabah"da

"Qarabağ" klubu futbolçusu Coşqun Diniyevlə yollarını ayırıb. 

SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Bu gediş orta sahəyə Qazaxıstan "Astana"sından Riçard Almeydanın icarəyə götürülməsindən sonraya təsadüf edib. 2015-ci ildən komandamızda çıxış edən C.Diniyev 112 matçda 5 qol vurub. 

O, karyerasını "Sabah" komandasında davam etdirəcək. Premyer Liqanın debütant klubundan Sportnet.az-a verilən məlumata görə, bu futbolçu ilə 3 illik müqavilə bağlanılıb. 

Qeyd edək ki, "Sabah"da Coşqun Diniyevin qardaşı Kərim Diniyev də çıxış edir. K.Diniyev komandanın vitse-kapitanıdır.