"Qarabağ"ın futbolçusu turun oyunçusu oldu

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 7-ci turunun ən yaxşı futbolçusu müəyyənləşib. 

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 319 göstərici ilə “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovdur.

O, “Sabah”a qarşı görüşdə (2:0) 90 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb.